top of page

Vergilərə qənaətin qanuni yolları

20 apr, C.a.

|

Webinar

Almaniyada gəlir vergisi haqqında ətraflı qanuni məlumatlar...

Vergilərə qənaətin qanuni yolları
Vergilərə qənaətin qanuni yolları

Time & Location

20 apr 2023, 19:00 – 21:30

Webinar

Guests

About the event

Əziz dostlar, hörmətli həmkarlar,

hamıya məlumdur ki, Almaniyada yaşayan və işləyən hər kəs vergi ödəyir. Lakin qəliz vergi sistemi, saysız qanunlar və inzibati qaydalar, çətin başa düşülən terminlər nə üçün və nə qədər vergi ödəməli olduğumuzu bəzən anlaşılmaz edir.

Bu məsələlərə aydınlıq gətirmək istəyənlər üçün sizlərə möhtəşəm fürsət: AMD e.V. və Huseynov Steuerberatung şirkətinin təşkilatçılığı ilə, aprel ayının 20-si, saat 19:00-da həmyerlimiz, Almaniyada fəaliyyət göstərən vergi müşaviri/Steuerberater Heydər Hüseynovun (www.facebook.com/HuseynovStB) iştirakı ilə online vergi seminarı keçiriləcək.

Seminarda aşağıdakı suallara cavab ala biləcəksiniz:

  • Almaniyada vergi sistemi necə işləyir, kimlər və nə qədər vergi ödəməlidir?
  • Həkim kimi qanuni yolla vergilərə necə qənaət edə bilərəm?
  • Vergidən yayınma nədir və onun hansı fəsadları ola bilər?
  • Steuerberater kimdir və onun fəaliyyəti nədən ibarətdir?
  • Sonda sual-cavab bölməsində öz suallarınızı verə bilərsiz.

Seminarda iştirak pulsuzdur, əvvəlcədən qeydiyyatdan keçmək vacibdir. İştirakçıların sayı məhdud olduğuna görə AMD cəmiyyətinin üzvlərinə öncəlik tanınacaq.

Share this event

bottom of page